Zukerberq məhkəmədə ifadə verdi


“Meta” Korporasiyasının baş direktoru Mark Zukerberq ABŞ Federal Ticarət Komissiyasının (FTC) onun şirkətinə qarşı qaldırdığı iddia çərçivəsində məhkəmədə ifadə verib.
Yenavaz.com
xəbər verir ki, bu barədə “Reuters” agentliyi məlumat yayıb.
Onun sözlərinə görə, FTC “Facebook” sosial şəbəkəsinin sahibi olan korporasiyanı sosial şəbəkə bazarında rəqabəti aradan qaldırmaq üçün 2012-ci ildə “Instagram” əlavəsini, 2014-cü ildə isə “WhatsApp” messencerini əldə etməkdə ittiham edir.
Komissiya “Meta”nı “Instagram” və “WhatsApp”ı yenidən strukturlaşdırmağa və ya satmağa məcbur etmək niyyətindədir.
“The Verge” xəbər verir ki, Zukerberq məhkəmədə “Instagram” və “Facebook”un ünsiyyət platforması kimi rəqabət yaradıb-yaratmaması ilə bağlı suala müsbət cavab verib. Lakin onun sözlərinə görə, bu istiqamət “Facebook” üçün prioritet olmayıb.
“The Verge”nin yazdığına görə, FTC iddia edir ki, “Meta” ABŞ bazarında şəxsi ünsiyyət sosial şəbəkələri üçün monopoliyadır. Bundan başqa, bu bazarda yeganə şəbəkələr “Snapchat” və “MeWe” sosial şəbəkələridir.
Komissiya bildirib ki, “Meta” xidmətlərinə aktiv istifadəçilərin demək olar ki, 80%-i üstünlük verir.
Qeyd edək ki, FTC 2020-ci ildə “Meta”ya qarşı antiinhisar iddiası qaldıraraq, şirkəti rəqabəti boğmaqda ittiham edib. Məhkəmə əvvəlcə iddianı rədd edib, lakin FTC şikayətə düzəliş edib və ikinci cəhddə qəbul edilib.

DİGƏR XƏBƏRLƏR

Top