Oveçkin hokkey tarixinin ən varlı hokkeyçisi oldu


NHL-in “Vaşinqton” klubunun rusiyalı hücumçusu Aleksandr Oveçkin hokkey tarixində ən çox qazanan hokkeyçi olub.
Yeniavaz.com
TASS-a istinadla xəbər verir ki, Oveçkin bu günə kimi karyerasında 161,7 milyon dollar qazanıb.
Belə ki, Oveçkin 2005/06 mövsümündən NHL-də oynamağa başlayıb. O, yeni müqaviləsinin ilk üç ilində 2,92 milyon dollar (illik 0,984 milyon dollar) qazanıb. 2008-ci ildə rusiyalı 124 milyon dollarlıq 13 illik müqavilə imzalayıb. 2021-ci ilin yayında Oveçkin ümumi dəyəri 47,5 milyon dollar olan yeni beşillik müqavilə bağlayıb.
Onun Vaşinqtonla müqaviləsi gələn mövsüm başa çatır. O, bu müqavilə çərçivəsində daha 9 milyon dollar alacaq. Bununla da, Oveçkin ümumilikdə karyerası ərzində ən azı 170,7 milyon dollar qazanmış olacaq.
Karyerası ərzində ən çox qazanan hokkeyçilər siyahısında ikinci yeri “Pittsburq”un kanadalı hücumçusu Sidni Krosbi (155,89 milyon dollar) tutur. Onun müqaviləsi 2026/27 mövsümünün sonuna kimidir. Bu müddətdən sonra Krosbi, rusiyalı yeni müqavilə imzalamasa, ümumi əmək haqqına görə Oveçkini keçəcək. Üçüncü yerdə isə “Pittsburq”un rusiyalı hücumçusu Yevgeni Malkin (146,87 milyon dollar) qərarlaşır.
Qeyd edək ki, aprelin 14-də “Vaşinqton” “Kolambus”a məğlub olub. Vaşinqtondakı “Capital One Arena”da keçirilən görüş meydan sahiblərinin 1:4 hesablı məğlubiyyəti ilə yekunlaşıb. Bu görüşdə “Vaşinqton”un yeganə qoluna Oveçkin imza atıb. Oveçkin üçün bu qol onun NHL çempionatlarında 896-cı qolu olub. Aprel ayında rus hokkeyçi kanadalı Ueyn Qretskinin 894 qolluq “snayper” rekordunu yeniləyib.

DİGƏR XƏBƏRLƏR

Top