Çin aviaşirkətlərinə “Boeing” almağı qadağan etdi


Pekin Çin aviaşirkətlərinə “Boeing” təyyarələrinin tədarükünün sonrakı qəbulundan imtina etməyi, həmçinin, ABŞ şirkətlərindən təyyarə ehtiyat hissələrinin alınmasını dayandırmağı tapşırıb.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “Bloomberg” agentliyi mənbələrə istinadla məlumat yayıb.
Onların sözlərinə görə, sərəncam Pekinin ABŞ mallarına tarifləri 125%-ə qaldıracağını elan etməsindən sonra verilib.
“Təkcə bu tariflər Amerika istehsalı olan təyyarələrin və ehtiyat hissələrinin qiymətini iki dəfədən çox artıracaq ki, bu da Çin aviaşirkətlərinin “Boeing” təyyarələrini qəbul etməsini qeyri-mümkün edir”.
Onun sözlərinə görə, Çin hökuməti “Boeing” təyyarələrini icarəyə götürən aviaşirkətlərə yardım göstərmək variantlarını da nəzərdən keçirir.
“Bloomberg” yazır ki, təxminən on “Boeing 737 Max” təyyarəsi Çin aviaşirkətlərinin donanmasına təhvil verilmək üçün hazırlanır. Onların bəzilərinin Çinə idxalına icazə verilə bilər, çünki çatdırılma sənədləri rüsumların elan edilməmişdən əvvəl tərtib edilib.
Qeyd edək ki, bundan əvvəl ABŞ Çindən gələn mallara ümumi tarifi 145%-ə qədər artırıb. Amerika administrasiyasının hərəkətlərinə cavab olaraq Çin aprelin 12-də ABŞ mallarına tətbiq edilən tarifləri 84%-dən 125%-ə qaldırıb.

DİGƏR XƏBƏRLƏR

Top