Belçika aeroportunun bir hissəsi ABŞ ərazisi olacaq

2017-ci ilin yayından etibarən Brüssel beynəlxalq aeroportunda ABŞ-a uçan sərnişinlər üçün “təhlükəsizlik şlyuz”u işə salınacaq. “Yeniavaz.az”ın RİA Novosti-yə istinadən verdiyi məlumata görə, amerikalı gömrükçülər birbaşa Belçikanın aviaterminalında immiqrasiya prosedurlarını həyata keçirəcəklər və aviasərnişinlərin sənədlərini yoxlayacaqlar. Belçika aerportunun nümayəndəsi Florensa Myulsa qeyd edib ki, bu, ABŞ sərhədlərinin Belçikaya keçməsinə bənzəyir: “Aeroportun bir hissəsi Amerika ərazisi olacaq”. ABŞ-ın gömrük xidmətinin “təhlükəsizlik şlyuzları” London, Amsterdam, Madrid və Avropanın digər paytaxtlarının hava limanlarında qurulacaq. Hazırda Amerika gömrük zonası yalnız Dublin aeroportunda fəaliyyət göstərir.

DİGƏR XƏBƏRLƏR

Top