
“Forbes” jurnalı 2025-ci il üçün Türkiyənin ən varlı adamlarının siyahısını yeniləyib.
Yenavaz.com Türkiyə KİV-ə istinadla xəbər verir ki, siyahıya 5,4 milyard dollarlıq sərvəti ilə Murat Ülker başçılıq edir. İkinci yeri 4,2 milyard dollarlıq sərvəti ilə Şaban Cemil Kazancı tutur. Üçüncü yerdə isə 3 milyard dollarlıq sərvəti ilə Erman Ilıcak yer alır.
Digər milyarderlərin siyahısı isə aşağıdakı kimidir:
Mehmet Sinan Tara - 2,8 milyard dollar;
Ferit Faiq Şahenk - 2,8 milyard dollar;
İpek Kıraç – 2,7 milyard dollar;
Semahat Sevim Arsel - 2,7 milyard dollar;
Filiz Şahenk - 2,6 milyard dollar;
Mustafa Rahmi Koç - 2,4 milyard dollar;
Hamdi Ulukaya - 2.3 milyard dollar.