
“Ermənistan eyni vatxda Azərbaycanla sülh sazişini imzalamağa və ATƏT-in Minsk Qrupunu ləğv etməyə hazırdır”.
Yeniavaz.com xəbər verir ki, bunu Baş nazir Nikol Paşinyan parlamentdə çıxışı zamanı bildirib.
Paşinyan qeyd edib ki, İrəvan Qarabağ münaqişəsinin bitməsini nəzərə alaraq Minsk Qrupunun fəaliyyətinə son qoyulmasının zəruriliyi ilə bağlı Bakının mövqeyini başa düşür.
“Biz Azərbaycanın ATƏT-in Minsk Qrupunun buraxılması ilə bağlı irəli sürdüyü gündəliyi başa düşürük. Doğrudan da, əgər biz Qarabağ münaqişəsi ilə bağlı səhifəni bağlayırıqsa, o zaman bizə onun həlli ilə bağlı format nəyə lazımdır?” - Paşinyan bildirib.
Ermənistanın Baş naziri hər iki prosesin - sülh müqaviləsinin imzalanması və ATƏT-in Minsk Qrupunun ləğv edilməsinin sinxronlaşdırılmasını təklif edib.
Onun fikrincə, onlar eyni gündə baş verməlidir.