
Ukrayna Prezidenti Volodimir Zelenski ABŞ Prezidenti Donald Trampı Ukraynaya səfərə dəvət edib.
Yeniavaz.com xəbər verir ki, bu barədə Ukrayna prezidenti CBS telekanalına müsahibəsində bildirib.
“Hər hansı bir qərar qəbul etməzdən, hər hansı danışıqlara başlamazdan əvvəl gəlin və mülki şəxsləri, əsgərləri, xəstəxanaları, kilsələri, uşaqları görün”, - deyə Zelenski bildirib.
Zelenskinin sözlərinə görə, Ukraynanın istənilən şəhərinə səfər etməklə Tramp Ukraynada nə baş verdiyini başa düşəcək.
Tətbiqimizi yükləyə bilərsiniz