Bakının bu rayonunda qaz olmayacaq


Bu gün Bakının Nizami rayonunun bəzi küçələrinin qaz təchizatı dayandırılacaq.
Yenavaz.com
xəbər verir ki, bu barədə “Azəriqaz” İstehsaalat Birliyi məlumat yayıb.
Məlumata görə, Nizami rayonu, Bəkir Çobanzadə küçəsində yeraltı orta təzyiqli qaz xəttində aşkar olunmuş sızmanın ləğv olunması məqsədilə aprelin 14-də saat 10:00-dan etibarən qaz təchizatının dayandırılması planlaşdırılır.
Təmir-bərpa işləri aparılan müddətdə A.Manafov, K.Balakişiyev, B.Çobanzadə, M.Abbasov, Özbəkistan, Ə.Hacıyev, Ə.Vəliyev küçələrinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

DİGƏR XƏBƏRLƏR

Top