
Yol-nəqliyyat hadisəsinin baş verməsi və texniki nasaz avtomobilin yolda qalması nəqliyyat sıxlığına səbəb olub.
Yeniavaz.com xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.
Bildirilib ki, Xətai rayonu, Babək prospekti ilə Məhəmməd Hadi küçəsinin kəsişməsində yol-nəqliyyat hadisəsi baş verib.
“Binəqədi rayonu, Bakı-Sumqayıt şosesi, Beynəlxalq Avtovağzalın qarşısında isə texniki nasaz avtomobil yolda qalıb. Qeyd edilən səbəblərdən mərkəz və metronun “20 Yanvar” stansiyası istiqamətində sıxlıq yaranıb”, - məlumatda deyilir.
Tətbiqimizi yükləyə bilərsiniz