“Belə davam etsə, sülh sazişinin imzalanması mümkün deyil”


“Nə qədər ki, Ermənistan Konstitusiyasında Azərbaycanın ərazi bütövlüyünə qarşı iddialar var, sülh sazişinin imzalanması mümkün deyil”.
Yeniavaz.com
xəbər verir ki, bunu “Anadolu” agentliyinə müsahibə verən Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov deyib.
“Nə qədər ki, belə davam edəcək, sülh sazişinin imzalanması mümkün deyil. Ermənistan Konstitusiyasının dəyişdirilməsi zəruri şərtdir”, - nazir bildirib.
Azərbaycanın daha bir şərtinin 1990-cı illərdə Qarabağ probleminin həlli üçün yaradılmış ATƏT-in Minsk Qrupu ilə bağlı olduğunu deyən Bayramov əlavə edib:
“ATƏT-in Minsk Qrupu 30 ildir heç bir nəticə əldə etməyib. Bu gün Qarabağ məsələsi həll olunub. Qarabağ Azərbaycanın bir hissəsidir. Ermənistan da bunu qəbul edir. Belə olan halda Ermənistanın Minsk Qrupunun fəaliyyətini davam etdirmək üçün davamlı səyləri bizdə suallar doğurur. Biz israrla Minsk Qrupunun buraxılmasını tələb edirik və gözləyirik. Sülh sazişinin imzalanmasını bu iki mühüm amil müəyyənləşdirəcək. Ermənistan tərəfi qərar verməlidir”.

DİGƏR XƏBƏRLƏR

Top