
Bakı şəhərinin Səbail rayonunda ümumi sahəsi 20 m² olan birmərtəbəli 3 otaqlı evin yanar konstruksiyaları 15 m² sahədə yanıb.
Yeniavaz.com xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.
Bildirilib ki, yanğın zamanı yanğınsöndürənlər tərəfindən 1 nəfər yanıq xəsarətləri ilə xilas edilərək təcili tibbi yardım briqadasına təhvil verilib:
“Evin qalan hissəsi və bitişik evlər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb”.