
Almaniya 2-ci Bundesliqasının 29-cu turu çərçivəsində “Nürnberq” səfərdə “Kayzerslautern”lə qarşılaşıb.
Yeniavaz.com xəbər verir ki, Azərbaycan millisinin hücumçusu Mahir Emreli uzun fasilədən sonra “Nürnberq”in start heyətində yer alıb.
Emreli bu fürsəti yaxşı dəyərləndirib və 68-ci dəqiqədə baxımlı qol vurub. O, Almaniya təmsilçisinin heyətindəki qollarının sayını 5-ə çatdırıb.
Görüş “Nürnberq”in 2:1 hesablı qələbəsi ilə başa çatıb. Emrelinin komanda yoldaşı Fabio Qruber də 14-cü dəqiqədə fərqlənib. Meydan sahiblərinin yeganə qolunu isə Marlon Ritter 72-ci dəqiqədə penalti zərbəsindən vurub.
Tətbiqimizi yükləyə bilərsiniz