Tacikistanda 6,1 bal gücündə zəlzələ oldu


Tacikistanda 6,1 bal gücündə zəlzələ qeydə alınıb.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.
Bildirilib ki, yeraltı təkanların episentri Xucənd şəhərindən 170 km cənubda, 15 km dərinlikdə yerləşib.
Mərkəzi Asiyada baş verən zəlzələləri izləyən Özbəkistan Fövqəladə Hallar Nazirliyinin seysmik proqnozlaşdırma mərkəzinin məlumatına görə isə yeraltı təkanlar 5,8 bal gücündə olub.
Qeyd olunur ki, paytaxt Düşənbənin mərkəzində bir neçə saniyə ərzində zəif təkanlar hiss olunub.
Tələfat və dağıntılar barədə məlumat yoxdur.

DİGƏR XƏBƏRLƏR

Top