Erməni kriminal avtoritetin güllələnmə anı – Video


Rusiyanın Krasnodar diyarının Tuapse rayonunda yerləşən Dzeberkoy kəndində kriminal aləmlə əlaqəli olduğu deyilən bir şəxs kimyəvi mühafizə kostyumu geyinmiş naməlum şəxs tərəfindən qətlə yetirilib.
Yeniavaz.com
“RİA Novosti”yə istinadla xəbər verir ki, insident aprelin 11-də baş verib.
Hadisə anını əks etdirən görüntülər “Mash” “Telegram” kanalında yayılıb. Kadrlarda qoruyucu kostyum geyinmiş şəxs hovuz kənarında dayanan bir kişiyə yaxınlaşaraq ona bir neçə dəfə atəş açır. Yaralanan şəxs yerə yıxılır, hücum edən isə hadisə yerindən qaçır.
“112” “Telegram” kanalının məlumatına görə, öldürülən şəxs kriminal dairələrlə əlaqədə olduğu deyilən 55 yaşlı erməni əsilli iş adamı Arsen Nadjaryan olub. RİA Novosti isə mənbələrə istinadən bildirir ki, güllələnən şəxs kriminal aləmdə “Arsen Krasnoyarski” ləqəbi ilə tanınıb.
Hazırda hüquq-mühafizə orqanları hadisənin motivlərini araşdırır və silahlı şəxsin şəxsiyyətini müəyyənləşdirməyə çalışır.

DİGƏR XƏBƏRLƏR

Top