
Azərbaycanın xarici İşlər naziri Ceyhun Bayramov Antalya Diplomatiya Forumu çərçivəsində Rusiya Federasiyasının xarici işlər naziri Sergey Lavrovla görüşüb.
Yeniavaz.com xəbər verir ki, bu barədə Azərbaycan XİN rəhbəri “X” sosial media hesabında yazıb.
Onun sözlərinə görə, görüşdə ikitərəfli və regional məsələlər müzakirə edilib.
“Biz siyasi dialoqumuzu davam etdirməyə, müxtəlif sektorlar üzrə əməkdaşlığı daha da gücləndirməyə sadiqik”, - nazir bildirib.