
Xəzər rayonu, Aeroport şosesində yol-nəqliyyat hadisəsi baş verib.
Yeniavaz.com xəbər verir ki, bu haqda Nəqliyyatın İntellektual İdarəetmə Mərkəzi məlumat yayıb.
Məlumata görə, qəza səbəbindən Mərkəz sürücülərin hərəkət sürətini azaldıb, hadisə yerinə baxması səbəbindən isə Mərdəkan şosesi istiqamətlərində nəqliyyat sıxlığı yaranıb.
Sıxlığın aradan qaldırılması üçün polis əməkdaşları tərəfindən zəruri tədbirlər görülür.