
Pakistanda 5 bal gücündə zəlzələ qeydə alınıb.
Yeniavaz.com xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.
Zəlzələnin episentri təxminən 85,4 min nəfər əhalisi olan Attok şəhərindən 19 km şimal-şərqdə yerləşib.
Mənbə 39 km dərinlikdə yerləşib.
Tələfat və dağıntılar barədə məlumat yoxdur.
Tətbiqimizi yükləyə bilərsiniz