Ermənistan üç ölkəyə səfir təyin etdi


Ermənistan hakimiyyəti Yaponiya, Moldova və Kambocaya yeni səfirlər təyin edib.
Yeniavaz.com
“Sputnik Ermənistan”a istinadla xəbər verir ki, müvafiq sərəncamları Ermənistan Prezidenti Vaaqn Xaçaturyan imzalayıb.
Monika Simonyan Yaponiyaya səfir təyin edilib. Əvvəllər o, Yaponiyadakı səfirlikdə attaşe vəzifəsini icra edib.
Ermənistanın Rumıniyadakı diplomatik nümayəndəsi Tiqran Qalstyan Moldovaya səfir təyin edilib.
Suren Bagdasaryan isə Ermənistanın Kambocadakı səfiri olub. O, həm də Ermənistanın Vyetnamdakı nümayəndəsidir.

DİGƏR XƏBƏRLƏR

Top