
İsrailin Qəzza zolağına son 24 saat ərzində endirdiyi zərbələr nəticəsində azı 29 fələstinli həlak olub.
Yeniavaz.com xəbər verir ki, bu barədə Qətərin “Əl-Cəzirə” telekanalı məlumat yayıb.
Bildirilib ki, çərşənbə günü İsrailin Qəzzanın şərqindəki Əl-Şucayyə bölgəsindəki yaşayış məntəqəsini vurması nəticəsində 35 nəfərin ölümündən sonra xilasedicilər itkin düşənlərin axtarışını davam etdirir.
Qəzza Səhiyyə Nazirliyi 2023-cü ilin oktyabr ayından Qəzza zolağında ölənlərin sayının 50 915 nəfərə çatdığını bildirib.