
“QHT işi” üzrə daha bir nəfər barəsində həbs qərarı çıxarılıb.
Yeniavaz.com APA-ya istinadən xəbər verir ki, QHT təmsilçisi Aytac Ağazadə ilə bağlı istintaq orqanı tərəfindən məhkəməyə təqdimat daxil olub.
Bildirilib ki, təqdimata bu gün Binəqədi rayon Məhkəməsində baxılıb:
“Məhkəmənin qərarına əsasən, hazırda ölkədə olmayan A. Ağazadə barəsində 4 aylıq qiyabi həbs qərarı verilib.
Məlumata görə, Aytac Elxan qızı Ağazadə ABŞ-nin Alman Marşal Fondu ilə 2023-2024-cü illər ərzində təxminən 85 min manat qeydiyyatdan keçməmiş məbləği qeyri-qanuni rəsmiləşdirməkdə ittiham olunur”.