
“Britaniya öz qoşunlarını beş il müddətinə Ukrayna ərazisində yerləşdirmək niyyətindədir”.
Yeniavaz.com xəbər verir ki, bu barədə “The Telegraph” məlumat yayıb.
“Böyük Britaniya müttəfiqləri tərəfindən müzakirə edilən planların bir hissəsi olaraq beş il müddətinə Ukraynaya qoşun yeritməyi nəzərdən keçirir”, - nəşr yazır.
Nəşrin məlumatına görə, Ukraynaya hərbi kontingentin göndərilməsində əsas məqsəd Ukrayna ordusuna təlim keçmək, bərpa etmək və ona “lazımi istirahət” verməkdir.
Bundan əlavə, Britaniya və Fransanın rəhbərlik etdiyi “təhlükəsizlik qüvvələri” Ukraynanın səma və sularının müdafiəsində yardım təklif edə bilər.
Tətbiqimizi yükləyə bilərsiniz