
İstanbulun Başakşehir rayonundakı İkitelli Sənaye Zonasında kimyəvi maddələr anbarında yanğın baş verib.
Yeniavaz.com xəbər verir ki, günorta saatlarında başlayan yanğın küləyin təsiri ilə sürətlə yayılıb.
Alov anbara bitişik ərazidə dayanan avtomobillərə də keçib. Ərazidəki bir çox avtomobil külə dönüb.
Yanğının baş verdiyi anbardan vaxtaşırı partlayış səsləri eşidilib.
Hadisə yerinə çox sayda polis, tibb və yanğınsöndürmə qüvvələri cəlb olunub.
Yanğının digər tikililərə keçməsinin qarşısı alınıb.
Polis yanan anbarın ətrafındakı yanacaqdoldurma məntəqəsində təhlükəsizlik tədbirləri görüb.
Yaxınlıqdakı insanlar təhlükəsiz yerə təxliyə edilib.
Yanğınla əlaqədar ərazidə nəqliyyat sıxlığı yaranıb.
Zərərçəkənlərlə bağlı məlumat yoxdur.

