
İstanbul Böyükşəhər Bələdiyyəsinin həbs olunan sədri Əkrəm İmamoğlunun məhkəməsi başlayıb.
Yeniavaz.com xəbər verir ki, mənsubu olduğu Cümhuriyyət Xalq Partiyasının (CHP) üzvləri onun məhkəmə zalında çəkilmiş fotosunu yayıblar.
Qeyd edək ki, onun məhkəməsi barəsində həbs qərarı çıxarıldıqdan sonra göndərildiyi Silivri rayonundakı cəzaçəkmə müəssisəsində keçirlir.

Xatırladaq ki, martın 18-də İstanbul Böyükşəhər Bələdiyyəsinin sədri Əkrəm İmamoğlunun diplomu ləğv olunub. Bir gün sonra isə o saxlanılıb. Martın 23-də məhkəmə korrupsiya ittihamını əsas gətirərək İmamoğlu barəsində həbs qətimkan tədbiri seçib. Daha sonra o, İstanbulun bələdiyyə sədrliyindən uzaqlaşdırılıb.