Həmin taksidəki qadın danışdı: “Bir də gördüm ki, uçuram...” – Video


Ötən gün Bakıda baş verən sensasiyalı qəzanın təfərrüatları bəlli olub.
Yeniavaz.com
xəbər verir ki, qəza zamanı taksidə olan sərnişin Sevda Həşimova ARB-yə danışıb.
“Bolt” taksi çağırdım. Mindim maşına. Beş dəqiqə getmişdik, gördüm, sürücü maşının içində pis səslər çıxarır. Ayağı ilə qaza basdı. Körpüyə çatdıq, bir də gördüm ki, uçuram”, - o bildirib.
Qeyd edək ki, ötən gün Bakıda “BYD” markalı avtomobil Ələsgər Qayıbov küçəsindən sürətlə hərəkət edərək Heydər Əliyev prospektinin kənar yolunu kəsdiyi beton maneəni dağıdıb və prospektin əsas hissəsinə düşüb.

DİGƏR XƏBƏRLƏR

Top