“Real”ın sabiq baş məşqçisi vəfat etdi


“Real Madrid”in və Niderland milli futbol komandasının sabiq baş məşqçisi Leo Benhakker 83 yaşında vəfat edib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə NOS mütəxəssisin ailəsinə istinadən məlumat yayıb.
Mütəxəssis Niderlandın “Ayaks”, ”Feyenoord” və “Vitesse”, İspaniyanın “Saraqosa” və “Real”, Niderland, Səudiyyə Ərəbistanı və Trinidad və Tobaqo milliləri kimi komandalara rəhbərlik edib. Benhakkerin idarə etdiyi sonuncu komanda Polşa millisi olub (2006-2009-cu illər).
Benhakkerin rəhbərliyi altında “Real Madrid” üç dəfə İspaniya çempionu olub və İspaniya kubokunu qazanıb. Mütəxəssis “Ayaks”la ikiqat Niderland çempionu olub və “Feyenoord”u da qızıla çıxarıb.

DİGƏR XƏBƏRLƏR

Top