“Prada” “Versace”ni 1,4 milyard dollara alır


İtaliyanın “Prada” moda evi ABŞ-nin “Capri Holdings” holdinqindən rəqib brend “Versace”ni şirkətin borcları da daxil olmaqla 1,375 milyard dollara almağa razılaşıb.
Yeniavaz.com
“Reuters”ə istinadən xəbər verir ki, müqavilə bununla İtaliya modasının iki ən böyük adını bir araya gətirib və İtaliyanın lüks sənayedəki mövqeyini gücləndirib.
Bildirilib ki, “Prada”nın “Versace” moda evini alması təqribən altı milyard avro dövriyyəyə malik konqlomerat yaradacaq və bu, bu bazarın ən böyük oyunçuları - Fransanın LVMH və “Kering” ilə rəqabət apara biləcək.
Qeyd edək ki, “Versace” moda evi 1978-ci ildə modelyer Gianni Versaçe tərəfindən yaradılıb. 1997-ci ildə moda evinin qurucusunun öldürülməsindən sonra moda evi onun bacısı Donatella Versaçeyə keçib. 2025-ci ilin martında məlum olub ki, Donatella Versaçe brendin kreativ direktoru vəzifəsini tərk edir.
“Prada” moda evi isə 1913-cü ildə yaradılıb. Hazırda ona Miuççia Prada rəhbərlik edir. Şirkətin 80%-i hələ də Prada ailəsinə məxsusdur.

DİGƏR XƏBƏRLƏR

Top