Britaniya Gürcüstanın Baş Prokuroruna sanksiya tətbiq etdi


Böyük Britaniya Gürcüstanın baş prokuroru Giorgi Qabitaşvilini sanksiyalar siyahısına əlavə edib.
Yeniavaz.com
xəbər verir ki, sənədin yenilənmiş variantı Britaniya hökumətinin saytında yerləşdirilib.
“Qara siyahı”ya Gürcüstan daxili işlər nazirinin müavini Şalva Bedoidze, Xüsusi İstintaq Xidmətinin rəhbəri Karlo Katsitadze və Daxili İşlər Nazirliyinin Xüsusi Tapşırıqlar Departamentinin rəis müavini Mirza Kezevadze də daxildir.
Məhdudiyyətlərin əsası, Londonda deyildiyi kimi, keçən il xarici agentlər haqqında qanunun qəbulundan sonra keçirilən etiraz aksiyalarının yatırılması çərçivəsində bu şəxslər tərəfindən insan hüquqlarının ciddi şəkildə pozulması olub.
Tətbiq edilən məhdudiyyətlərə Böyük Britaniyaya giriş qadağası, habelə Böyük Britaniyada yerləşən aktivlər aşkar edilərsə, onların dondurulması daxildir.
Qeyd edək ki, keçən il dekabrın 9-da Britaniya Xarici İşlər Nazirliyi Gürcüstana bütün yardım proqramlarını dondurduğunu, müdafiə sektoru da daxil olmaqla Gürcüstan hakimiyyəti ilə qarşılıqlı əlaqəni dayandırdığını elan edib.

DİGƏR XƏBƏRLƏR

Top