Rusiya və ABŞ arasında məhbus mübadiləsi oldu


Rusiya və ABŞ Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) paytaxtı Əbu Dabi şəhərində əsir mübadiləsi həyata keçiriblər.
Yeniavaz.com
“Reuters” agentliyinə istinadla xəbər verir ki, bunu Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) direktoru Con Retkliff bildirib.
Onun sözlərinə görə, mübadilə MKİ-nin direktoru Con Retkliff və yüksək rütbəli Rusiya kəşfiyyat rəsmisi arasında aparılıb.
MKİ rəsmisi deyib ki, bu, iki ölkənin kəşfiyyat xidmətləri arasında əlaqələrin dərinləşdiyini göstərir.
İlkin ehtimala görə, Rusiya tərəfi ötən il 12 il müddətinə azadlıqdan məhrum edilən ABŞ və Rusiya vətəndaşı Kseniya Karelinanı, Amerika tərəfi isə qaçaqmalçılıqda ittiham olunan Rusiya və Almaniya vətəndaşı Artur Petrovu ekstradisiya edib.
Mübadilə İstanbulda Rusiya və ABŞ nümayəndə heyətləri arasında danışıqların başlaması fonunda baş tutub.

DİGƏR XƏBƏRLƏR

Top