Rusiya və ABŞ nümayəndə heyətləri İstanbulda görüşüb


İstanbulda Rusiya və ABŞ arasında məsləhətləşmələr bir saatdan artıqdır ki, davam edir.
Yeniavaz.com
xəbər verir ki, bu barədə TASS-a məlumatlı mənbələrdən bildirilib.
“Danışıqlar konstruktiv şəkildə davam edir”, - agentliyin həmsöhbəti deyib. Məsləhətləşmələrin bir neçə saat davam edəcəyi gözlənilir.
Qeyd edək ki, danışıqlarda Rusiya nümayəndə heyətinə Vaşinqtondakı səfir Aleksandr Darçiyev, Amerika nümayəndə heyətinə isə dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisinin müavini Sonata Kulter rəhbərlik edir.

DİGƏR XƏBƏRLƏR

Top