
ABŞ Prezidenti Donald Tramp Ağ Evdə jurnalistlərə açıqlamasında ABŞ-nin dünyada ən güclü gizli silaha malik olduğunu bildirib.
Yeniavaz.com CNBC telekanalına istinadla xəbər verir ki, bu barədə ölkə lideri Donald Tramp Ağ Evdə mətbuat nümayəndələri ilə görüşü zamanı bildirib.
Siyasətçi heç kimin bu silah haqqında “zərrə qədər təsəvvürü” olmadığını bildirib.
“Bu, bizim dünyada sahib olduğumuz ən güclü silahdır. Hətta dünyada bundan güclü silah yoxdur”, - Tramp qeyd edib.
Tramp hansı silahlardan danışdığını dəqiqləşdirməyib.
Qeyd edək ki, bu həftə Amerika lideri onun administrasiyasının ölkənin müdafiə büdcəsinin 1 trilyon dollara çatdırılmasını təsdiqləyib. İsrailin Baş naziri Benyamin Netanyahu ilə görüşdə Amerika lideri bildirib ki, dünyada “bir çox pis qüvvələr” var və buna görə də, ABŞ güclü olmalıdır. Trampın sözlərinə görə, heç kim ordunun saxlanması üçün daha çox pul ayırmayıb.