
Ermənistan və İranın xüsusi təyinatlı bölmələri aprelin 9-10-da birgə təlimlər keçirəcək.
Yeniavaz.com xəbər verir ki, bu barədə Ermənistan Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, hər iki ölkənin bölmələri öz ərazisində (Ermənistan ərazisində erməni birləşmələri, İran ərazisində İran bölmələri) təlimlər keçirəcək.
Eyni zamanda, tərəflər iki ölkənin dövlət sərhədində yerləşən sərhəd-keçid məntəqələrinə simulyasiya edilmiş terrorçu qrupların hücumlarının zərərsizləşdirilməsi üzrə birgə hərəkətləri həyata keçirəcəklər.