London dünyanın ən zəngin şəhərləri beşliyindən çıxdı


Dollar milyonçularının xaricə axını nəticəsində London dünyanın ən zəngin şəhərləri beşliyindən çıxıb.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “Henley & Partners” konsaltinq şirkətinin saytında məlumat verilib.
“Böyük Britaniyanın paytaxtı 215 700 milyonçu ilə altıncı yerə enib”, - nəşr yazır.
Bildirilib ki, ötən il London 11 300 milyonçu itirib. Britaniya paytaxtının ən varlı adamlarının sayı son 10 ildə 12% azalıb.
Dünyanın ən zəngin şəhərləri siyahısına Nyu-York başçılıq edir, ondan sonra San Fransisko, Tokio, Sinqapur və Los Anceles gəlib. 

DİGƏR XƏBƏRLƏR

Top