Çin ABŞ idxalına əlavə rüsumları 84%-ə qaldıracaq

çin abş-ni məhkəməyə verdi
Çin aprelin 10-dan etibarən bütün Amerika idxalına əlavə tariflər tətbiq edəcək.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Çin Xalq Respublikası Dövlət Şurasının Tarif Komissiyası məlumat yayıb.
Bu tədbir ABŞ Prezidenti Donald Trampın Çin məhsullarına rüsumların artırılmasına cavab olaraq atılıb.
Çin Xarici İşlər Nazirliyinin sözçüsü Lin Tsyan bəyan edib ki, Çin Ağ Evin zorakılıq siyasətinə qarşıdır və ABŞ dialoq üçün lazımi şərtləri yerinə yetirməyincə Vaşinqtonla ticarət məsləhətləşmələrinə başlamayacaq.
Xatırladaq ki, aprelin 2-də Tramp 185 ölkə və regionun məhsullarına rüsumlar tətbiq ediləcəyini, minimum dərəcəsi 10% müəyyən etdiyini açıqlayıb. Ayrı-ayrı dövlətlər üçün o, fərdi maneələri, o cümlədən Çinə münasibətdə - 34% səviyyəsində təsdiqləyib. Daha sonra Ağ Ev rəhbəri bəyan edib ki, Çin hakimiyyəti ABŞ ilə ticarət razılaşmasına razılaşana qədər Çin məhsullarına 104% rüsum tətbiq edəcək.

DİGƏR XƏBƏRLƏR

Top