
Bu ayın əvvəlinə olan məlumata görə, Azərbaycanda əmək müqavilələrinin sayı 1 milyon 866 min 821 vahid olub.
Yeniavaz.com Dövlət Vergi Xidmətindən açıqlanan məlumata istinadən xəbər verir ki, qeyri-neft sektorunun özəl bölməsində əmək müqavilələrinin sayı 976 min 692 olub.
Müqayisə üçün bildirək ki, son bir il ərzində əmək müqavilələrinin sayı 27 min 712 vahid, qeyri-neft sektorunun özəl bölməsində isə 50 min 517 vahid artıb.
Açıqlanan məlumatlardan da göründüyü kimi, əmək müqavilələrinin sayı neft və dövlət sektorunda 22 min 805 vahid azalıb.
Murad Məmmədov
Tətbiqimizi yükləyə bilərsiniz