Braziliya millisinin yeni baş məşqçisi o olacaq


Səudiyyə Ərəbistanının “Əl-Hilal” klubunun baş məşqçisi portuqaliyalı Xorxe Jezus futbol üzrə Braziliya millisinin növbəti baş məşqçisi olacaq.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “UOL Esporte” portalı məlumat yayıb.
Məlumata görə, Jezusun “Əl-Hilal”la müqaviləsi 2025-ci ilin iyunun sonuna kimi nəzərdə tutulub.
Belə ki, komandanın nəzəri cəhətdən çempionluq şansı qalmadığı təqdirdə, may ayında onunla müqaviləyə xitam verilə bilər.
Digər tərəfdən, Braziliya Futbol Konfederasiyasının prezidenti Enaldo Rodrigesin Jezusla danışıqlar apardığı bildirilir.
Əgər danışıqlar uğurla başa çatsa, o bu postda Dorival Junioru əvəz edəcək.
Qeyd edək ki, 70 yaşlı Jezus 2023-cü ilin iyul ayından “Əl-Hilal”a rəhbərlik edir. O, komanda ilə birlikdə Səudiyyə Ərəbistanı çempionluğunu (2023/24) qazanıb. Onun rəhbərliyi ilə komanda ölkə kubokunun (2023/2024), eləcə də ölkə superkubokunun (2018, 2023, 2024) qalibi olub.
“Əl-Hilal”dan əvvəl isə Jezus Portuqaliya “Benfika”sına başçılıq edib.
O, “Benfika” ilə üç dəfə ölkə çempionu olub (2009/10, 2013/14, 2014/15), həmçinin, ölkə kuboku (2013/14) və superkubokunu (2009/10, 2010/11, 2011/12, 2011/12, 2012/14) qazanıb.
Jezus bundan başqa, Braziliyanın “Flamenqo”, Türkiyənin “Fənərbağça”, Portuqaliyanın “Sportinq”, “Braqa”, “Belenenseş”, “Moreyrense” və “Vitoriya Qimaraynş” klublarına da rəhbərlik edib.
Xatırladaq ki, Braziliya millisi 14 oyundan sonra 21 xalla Cənubi Amerika 2026 Dünya Çempionatının seçmə cədvəlində dördüncüdür. Komanda növbəti oyununu iyunun 4-də səfərdə Ekvador millisinə qarşı keçirəcək.

DİGƏR XƏBƏRLƏR

Top