Mövqelərimiz atəşə tutulub


Azərbaycan Ordusunun mövqeləri Basarkeçər istiqamətindən atəşə tutulub.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.
“Aprelin 8-i saat 19:20-dən  22:30-dək Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonunun Qaraiman və Yuxarı Şorca yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərindən Azərbaycan Ordusunun mövqelərini atıcı silahlardan fasilələrlə atəşə tutub.
Bölmələrimiz tərəfindən qeyd olunan istiqamətlərdə adekvat cavab tədbirləri görülüb”, - məlumatda deyilir.

DİGƏR XƏBƏRLƏR

Top