İstanbul yaxınlığında neft tankeri yandı


İstanbul yaxınlığında Mərmərə dənizində İzmit körfəzində neft tankeri yanıb.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “TRT Haber” telekanalı məlumat yayıb.
Hadisə yerinə xilasedici və yanğınsöndürən qayıqlar göndərilib, yanğının söndürülməsi üçün tədbirlər görülür.
Qeyd edilib ki, yanğın gəminin lövbər salan maşın otağında baş verib. Dənizə yanacaq sızması yoxdur. Hələlik ölən və yaralananlar barədə məlumat yoxdur.

DİGƏR XƏBƏRLƏR

Top