Kevin De Bruyne Messinin komanda yoldaşı ola bilər – ESPN


Lionel Messinin çıxış etdiyi Amerikanın “İnter Mayami” klubu bir müddət əvvəl cari mövsümün sonunda “Mançester Siti”dən ayrılacağını açıqlayan belçikalı yarımmüdafiəçi Kevin De Bruyne ilə maraqlanır.
Yeniavaz.com
xəbər verir ki, bu barədə ESPN məlumat yayıb.
Bildirilib ki, Devid Bekhemin klubu MLS klubları arasında belçikalı ilə danışıqlara üstünlük verir, çünki “İnter” futbolçunu “kəşf siyahısı”na daxil edib.
MLS qaydalarına görə, klublar istənilən vaxt “kəşf siyahısı”na beşə qədər oyunçu əlavə edə bilər. Bir oyunçunu siyahıya daxil etməklə, həmin komanda liqadakı digər klublarla rəqabət etmədən ilk növbədə danışıqlara başlamaq üçün müstəsna hüquq əldə edir.

DİGƏR XƏBƏRLƏR

Top