Cənubi Koreya Şimali Koreya hərbçilərinin demarkasiya xəttini keçdiyini iddia edir


10-a yaxın Şimali Koreya əsgərindən ibarət qrup Cənubi Koreya ilə sərhəddəki hərbisizləşdirilmiş zonada hərbi demarkasiya xəttini keçib və xəbərdarlıq atəşi açıldıqdan sonra öz ərazilərinə qayıdıb.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Cənubi Koreyanın Birləşmiş Qərargah Rəisləri Komitəsinə istinadən “Yonhap” xəbər agentliyi məlumat yayıb.
Bildirilib ki, hadisə yerli vaxtla saat 17:00 radələrində (Bakı vaxtı ilə 12:00) baş verib. Cənubi Koreya tərəfi əvvəlcə texniki vasitələrdən istifadə edərək xəbərdarlıq edib, daha sonra xəbərdarlıq atəşi açıb. Şimali Koreya qoşunları demarkasiya xəttinin şimalına qayıdıb.
Hadisənin ölkənin şərqində baş verdiyi bildirilir. Komitə bəyan edib ki, onlar KXDR ordusunun fəaliyyətini diqqətlə izləyir və əməliyyat reqlamentinə uyğun olaraq lazımi tədbirlər görürlər.
Bir gün əvvəl komitənin rəsmi nümayəndəsi iddia etmişdi ki, təxminən 1500 KXDR əsgəri sərhəddə ərazilərin təmizlənməsi və tikanlı məftillərin quraşdırılması da daxil olmaqla müxtəlif işlər aparır. O qeyd edib ki, Cənubi Koreya tərəfi heç bir qeyri-adi fəaliyyət müşahidə etmir.

DİGƏR XƏBƏRLƏR

Top