Göyçayda yasda evin eyvanı uçdu – Beş qadın yaralandı


Göyçayda yas mərasimində evin eyvanı uçub.
Yeniavaz.com
“Report”a istinadla xəbər verir ki, hadisə Vahidov Fərahim İsrafil oğluna məxsus evdə qeydə alınıb.
Yas mərasimində iştirak edən qadınların oturduğu evin 2-ci mərtəbəsinin eyvan uçub.
Nəticədə, 1978-ci il təvəllüdlü Həşimova Mətanət Ağakərim qızı, 1969-cu il təvəllüdlü Vahidova Kəmalə Həşim qızı, Göyçay rayonu, Qarayazı kənd sakinləri 1966-cı il təvəllüdlü Cabbarova Saxanım Suru qızı, 1966-cı il təvəllüdlü Məmmədova Nazilə Məzahir qızı və 1963-cü il təvəllüdlü Əliyeva Susaxan Suru qızı həmin eyvandan yıxılaraq müxtəlif bədən xəsarətləri alıblar.
Faktla bağlı araşdırma aparılır.

DİGƏR XƏBƏRLƏR

Top