2023-cü ilin oktyabrından Qəzzada 210 jurnalist öldürülüb

qəzzada jurnalist ailəsi ilə birlikdə qətlə yetirilib
2023-cü il oktyabrın 7-dən Qəzza zolağında hərbi əməliyyatlarda azı 210 media işçisi həlak olub.
Yeniavaz.com
xəbər verir ki, bu barədə anklav hakimiyyətinin mətbuat xidməti öz “Telegram” kanalında məlumat yayıb.
Bildirilib ki, aprelin əvvəlində anklavın cənub hissəsindəki Xan Yunis şəhərində media nümayəndələrinin yaşadığı çadırın atəşə tutulması nəticəsində bir jurnalist həlak olub, doqquz nəfər yaralanıb.
Qəzza rəsmiləri beynəlxalq ictimaiyyəti və jurnalistika ilə bağlı təşkilatları İsrail hərbçilərinin hərəkətlərini pisləməyə çağırıb, həmçinin jurnalistlərə hücumlara görə İsrail tərəfinin məsuliyyətə cəlb edilməsinin vacibliyini vurğulayıb.

DİGƏR XƏBƏRLƏR

Top