Cənubi Koreyadakı prezident seçkilərinin tarixi məlum oldu – KİV


Koreya Respublikasının hakimiyyət orqanları növbədənkənar prezident seçkilərini iyunun 3-nə təyin etmək niyyətindədir.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “Yonhap” agentliyi hökumətdəki mənbələrə istinadən məlumat yayıb.
Bildirilib ki, Nazirlər Kabinetinin çərşənbə axşamı planlaşdırılan iclasında seçkilərin keçirilməsi ilə bağlı məsələ qaldırılacaq:
“Seçkilərin tarixini müəyyən etmək üçün Nazirlər Kabinetinin iclasının keçirilməsinə ehtiyac olduğunu deyən dəqiq hüquqi normalar yoxdur. Amma bu, səsvermə günü müvəqqəti istirahət gününü tələb edəcək mühüm məqam olduğundan, bu məsələ Nazirlər Kabinetinin iclasında müzakirə olunacaq”.
Qeyd edək ki, Cənubi Koreya mediası daha əvvəl xəbər vermişdi ki, növbədənkənar prezident seçkilərinin tarixi, ehtimal ki, kabinet üzvlərinin iclasından sonra çərşənbə axşamı elan olunacaq. Koreya Respublikası Prezidentinin səlahiyyətlərini icra edən Baş Nazir Han Deok Su prezidentin vəzifəsindən kənarlaşdırılmasından sonra 10 gün ərzində - aprelin 14-dək bir tarix təyin etməlidir. Aprelin 4-də Konstitusiya Məhkəməsi yekdilliklə indiki prezident Yun Sok-Yolu hakimiyyətdən kənarlaşdırın. Erkən seçkilər 60 gün ərzində keçirilməlidir.
Xatırladaq ki, dekabrın 14-də parlament Cənubi Koreya Prezidentinə qarşı impiçment elan edib. Digər tərəfdən, məhkəmə Yun Sok Yolun konstitusiya quruluşuna qarşı üsyan etdiyinə görə yanvarın 19-da həbs edilməsinə qərar verib və o, yanvarın 15-də həbs edilib, martın 8-də azadlığa buraxılıb. 

DİGƏR XƏBƏRLƏR

Top