
“İran nüvə silahı istehsal etməyəcək, çünki bu, ölkə rəhbərliyi tərəfindən qadağandır”.
Yeniavaz.com xəbər verir ki, bunu İran İslam Respublikası Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi İsmail Bəqayi deyib.
“İran heç vaxt və heç bir halda nüvə silahı yaratmaq yolunu tutmayacaq. Bu, Ali Rəhbərin (Ayətullah Əli Xamenei – red.) fitvasına əsaslanan strategiyamızın tərkib hissəsidir. Hesab edirəm ki, bu məsələdə heç bir şübhə yoxdur və ola da bilməz”, - diplomat həftəlik brifinqdə deyib.
Onun sözlərinə görə, Beynəlxalq Atom Enerjisi Agentliyinin (MAQATE) hesabatları Tehranın nüvə proqramının dinc xarakter daşıdığını təsdiqləyir.
“Hələ 1984-cü ildə, 40 il əvvəl sionist rejimin rəhbərliyi ilk dəfə bəyan etmişdi ki, İran öz nüvə proqramının təhlükəli hərbi komponentini inkişaf etdirir. Bu ittihamlar ilkin olaraq anti-İran əhval-ruhiyyəsi yaratmaq və İranın texnoloji və sənaye tərəqqisini cilovlamaq məqsədi daşıyırdı”, - Bəqayi qeyd edib.
Tətbiqimizi yükləyə bilərsiniz