
Bakının Suraxanı rayonunda 197 nömrəli xətt üzrə hərəkət edən “Daewoo BS90” markalı sərnişin avtobusu yol kənarındakı hasara çırpılıb.
Yeniavaz.com xəbər verir ki, sosial şəbəkələrdə hadisə yerində lentə alınmış kadrlar yayılıb.
Görüntülərdə hasarın uçduğu, avtobusa isə ciddi ziyan dəydiyi müşahidə olunur. Xəsarət alanların olub-olmaması barədə məlumat yoxdur.