Bitkoin bir gündə 7,4 min dollar ucuzlaşdı


Bitkoinin qiyməti son bir sutka ərzində 9% və ya 7,4 min dollar ucuzlaşaraq 83,4 min dollardan 76 min dollara düşüb.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “Binance” platformasının məlumatlarında bildirilir.
Qeyd edək ki, Bitkoinin qiyməti ötən ilin dekabr ayının 17-də 108 min dollara çataraq tarixi zirvəyə yüksəlib.
Məlumat üçün bildirək ki, ötən ilin oktyabr ayının əvvəlindən etibarən Bitkoinin qiymətində kəskin artımlar müşahidə olunub. Qiymətlərin kəskin yüksəlməsinin əsas səbəbi ABŞ-nin yeni seçilən Prezidenti Donald Trampın kriptovalyutalar ilə bağlı verdiyi açıqlamalar olub. Tramp səlahiyyətlərinin icrasına başladıqdan sonra bu sahədə real addımlar atmadığı üçün Bitkoin qiymətlərində yenidən ucuzlaşma müşahidə olunmaqdadır.

Elnur Əli

DİGƏR XƏBƏRLƏR

Top