NHL-də yeni rekord qeydə alındı


Rusiyalı hokkeyçi Aleksandr Oveçkin Milli Hokkey Liqasının (NHL) müntəzəm çempionatlarında qolların sayına görə rekorda imza atıb.
Yeniavaz.com
xəbər verir ki, “Vashinqton Kapitals”ın kapitanı və forvardı Aleksandr Oveçkin “Aylanders”lə oyunda 895-ci qolunu vuraraq, Ueyn Qretzkinin 26 il davam edən nəticəsini geridə qoyub.
Oveçkin rəqib komandada çıxış edən yenə rusiyalı hokkeyçi İlya Sorokinə qol vurub. Bununla da, o, liqanın ən sərrast snayperlərinin siyahısında birinci pilləyə yüksəlib.
Bu nəticəni əldə etmək üçün Oveçkinə 20, Qretskiyə isə 15 mövsüm lazım olub. Rusiyalı forvard kanadalı forvardı keçmək üçün 1487 oyun keçirib.

DİGƏR XƏBƏRLƏR

Top