Özgür Özel yenidən CHP-nin sədri seçildi


Bu gün Türkiyənin ana müxalifət partiyası Cümhuriyyət Xalq Partiyasının (CHP) 21-ci növbədənkənar qurultayı baş tutub.
Yeniavaz.com
xəbər verir ki, qurultayda partiyaya sədr seçilməsi üçün səsvermə keçirilib.
Səsvermə saat 14:25-də (Bakı vaxtı ilə 15:25) başa çatıb. Hazırkı sədr Özgür Özel 1171 qurultay nümayəndənin səsini alaraq yenidən CHP-nin sədri seçilib.
Qeyd edək ki, CHP-nin qeydiyyatdan keçmiş 1323 qurultay nümayəndəsi var.

DİGƏR XƏBƏRLƏR

Top