Myanmada zəlzələ nəticəsində ölənlərin sayı 3.4 minə çatır


Myanmada baş verən dağıdıcı zəlzələ nəticəsində ölənlərin sayı 3354 nəfərə çatıb, daha 4850 nəfər yaralanıb.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “Reuters” agentliyi məlumat yayıb.
Agentliyin məlumatına görə, 220 nəfər itkin düşüb.
Qeyd edək ki, martın 28-də Myanmanın mərkəzində 7,7 və 6,4 bal gücündə iki güclü zəlzələ baş verib.
Güclü yeraltı təkanlar Tailand, Banqladeş, Hindistan, Laos və Çində də hiss olunub.
Zəlzələlər ölkədə geniş dağıntılara səbəb olub.

DİGƏR XƏBƏRLƏR

Top