
Rusiya ordusu Ukraynanın Krivoy Roq şəhərinə raket zərbəsi endirib.
Yeniavaz.com xəbər verir ki, bu barədə “RBK-Ukrayna” şəhər Müdafiə Şurasının rəhbəri Aleksandr Vilkulun “Telegram” kanalına və Vilayət Hərbi Administrasiyasının rəhbəri Sergey Lısyaka istinadla məlumat yayıb.
Məlumata görə, zərbə aprelin 4-də axşam saatlarında ballistik raketlərlə endirilib.
Şəhər daha sonra dronların hücumuna məruz qalıb. Nəticədə dörd zərbə yerində yanğın baş verib.
Zərbə nəticəsində ölənlərin sayı 9-u uşaq olmaqla 19-a çatıb.
“Krivoy Roqa raket hücumu nəticəsində ən azı 68 nəfər yaralanıb. Onların arasında 12 uşaq da var. 40 nəfər xəstəxanalardadır. Qalanları ambulator müşahidə altındadır”, - vilayət hərbi administrasiyasından bildirilib.
Hücum zamanı 34 çoxmənzilli bina, 6 təhsil müəssisəsi, eləcə də bir sıra mağaza, biznes və infrastruktur obyekti, eləcə də avtomobilə ciddi ziyan dəyib.
Dağıntılarla bağlı son rəqəmlər dəqiqləşdirilir.
Tətbiqimizi yükləyə bilərsiniz