Mourinyo Braziliya millisinə rəhbərlik edə bilər


“Fənərbağça”nın baş məşqçisi Joze Mourinyo Türkiyə klubunu tərk edə bilər.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “Todofichajes” portalı məlumat yayıb.
Portalın məlumatına görə, Braziliya millisi 62 yaşlı mütəxəssislə maraqlanır.
Qeyd edək ki, bundan əvvəl Braziliya millisinin baş məşqçi postuna Karlo Ançelotti və Xosep Qvardiolanın da namizəd olduğu barədə məlumatlar yayılmışdı.
Xatırladaq ki, Mourinyo 2024-cü ilin yayından “Fənərbağça”da baş məşqçi postunu təhvil alıb. Portuqaliyalının əvvəlki iş yeri 2021-ci ildən 2024-cü ilə qədər rəhbərlik etdiyi “Roma” olub. Onun rəhbərliyi altında İtaliya klubu Konfrans Liqasının qalibi olub, eyni zamanda Avropa Liqasının finalında da çıxış edib.
Mütəxəssis əvvəllər “Benfika”, “Porto”, “Çelsi”, “Real”, “İnter”, “Tottenhem” və “Mançester Yunayted” kimi klublara da rəhbərlik edib.

DİGƏR XƏBƏRLƏR

Top